Növbəti belə tədbirlər Bərdə və Yevlax RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub. Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Bərdə rayonunda 380, Yevlax rayonunda isə 300, ümumilikdə, 680 nəfərin müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Modern.az