İranın paytaxtı Tehranda 8 il aradan sonra 1 May əmək bayramı münasibətilə aksiya keçirilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, aksiyada bir neçə min insan iştirak edib. Ölkənin müxtəlif bölgələrindən Tehrana toplaşan “əməkçi”lər “İran işççiləri işsiz qalıb” və “Sosila təhlükəsizlik – bizim haqq işimizdir” kimi şüarlar səsləndiriblər.
Bundan 1 gün öncə isə işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tətil keçirməyi planlaşdıran həmkarlar ittifaqlarının 5 lideri İran polisi tərəfdindən həbs olunub.
Modern.az