Modern.az

Azərbaycanın “qara siyahı”sı böyüyəcək

Azərbaycanın “qara siyahı”sı böyüyəcək

Təhsil

1 May 2015, 18:43

Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlement seçkiləri”nə 25 xarici ölkədən 100-dan artıq xarici müşahidəçi gələcək.

Modern.az Ermənistan mətbuatına istinadən bildirir ki,  qondarma “Qarabağ Mərkəzi Seçki Komissiyası”nın verdiyi məlumata görə beynəlxalq müşahidəçilərin ilk qrupu artıq Azərbasycanın işğal altındakı torpaqlarına gəliblər.  

Onlar Fransa Milli Məclsinin deputatı Fransua Roşbluan, ATƏT-in Cənubi Qafqazdakı keçmiş nümayəndəsi, Sülh və Demokratiya İnstitutunun Paris ofisinin rəhbəri Moris Bonnon və Fransa Hüquqşünaslar İttifaqının sədri Pyer Desperondur.  

Avropa Birliyi isə yaydığı rəsmi məlumatda mayın 3-də  “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək parelament seçkilərinin konstusion və normativ legitimliyini tanımadığını bildirmişdi.    

Vüqar İsmayılov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat