Mayın 1-də “Azadlıq-2015” Seçki blokunun növbədən kənar toplantısı olub. Modern.az-ın məlumatına görə, toplantıda, Prezident Administrasiyasının 13-16 may tarixləri arasında - “I Avropa İdman oyunlarına münasibət” - mövzusunda siyasi partiyalarla növbəti görüş keçirilməsi təklifi müzakirə edilib.
Müzakirələr zamanı tədbirə fəaliyyət göstərən bütün qeydə alınmış və qeydə alınmamış siyasi partiyaların dəvət ediləcəyi barədə tədbir təşkilatçısı kimi çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin mövqeyi diskyssiyalara səbəb olub. Eyni zamanda əvvəlcədən əldə olunan razılığa uyğun olmayaraq mövzunun bir tərəfli qaydada müəyyənləşdirilməsi bu tədbirin məqsədi ətrafında qeyri müəyyənlik yaratmasından narahatlıq ifadə olunub. Bunları nəzərə alaraq, müzakirələrin siyasi partiyaların yetkili orqanlarında davam etdirilməsi və yalnız bundan sonra qərara bağlanması məqsədəuyğun hesab olunub.
Modern.az