Modern.az

Azərbaycanda 16 yaşlı oğlan dayısını öldürdü

Azərbaycanda 16 yaşlı oğlan dayısını öldürdü

Təhsil

2 May 2015, 01:35


Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.

Modern.az xəbər verir ki, Sabirabad polis şöbəsindən APA-ya verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu  dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. 

Hadisəni törədən şəxsin tutulması istiqamətində  əməliyyat- axtarış  tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat