Modern.az

Narkomafiya Meksikada şəhərə od vurub: 7 nəfər ölüb – FOTO

Narkomafiya Meksikada şəhərə od vurub: 7 nəfər ölüb – FOTO

Təhsil

2 May 2015, 11:25


Meksikanın qərbində yerləşən Qvadalahar şəhərində narkotik alveri ilə məşğul olan mafiya küçələrdə maşınları, yanacaq doldurma məntəqələrini, bank və digər müəssisələri yandırır.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cinayətkarlar bir helikopteri də vurublar. Xalisko ştatının qubernatoru Aristoles Sandovalın bildirdiyinə görə, narkomafiyanın bu cinayəti nəticəsində 7 nəfər həlak olub. Onlardan 3-nün hərbçi, 1-i polisdir, cinayətkarlardan 2-si və təsadüfən hadisə yerindən keçən bir nəfər də ölüb. 15 nəfər isə yaralanıb.

Sandovalın digər məlumatına görə, 11 bank qarət olunaraq yandırılıb, cinayətkarlar 16 yanacaqdoldurma məntəqəsinə od vurublar, şəhərin avtomobil yolunun 29 ərazisində hərəkət dayanıb.

Silahlı cinayətkarları izləyən helikopterin vurulması nəticəsində 2 polis əməkdaşı və 10 əsgər yaralanıb.

 

Modern.az   

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat