Modern.az

Gənclər Təşkilatı Milli Şurasında gənclərin seçkidə iştirakı müzakirə olunub

Gənclər Təşkilatı Milli Şurasında gənclərin seçkidə iştirakı müzakirə olunub

Qarabağ

23 Sentyabr 2010, 16:22

Sentyabrın 23-də Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ)  Məclisinin növbəti iclası keçirilib. Tədbirdə quruma üzv olan Uşaq və Gənclər təşkilatlarının rəhbərləri, Gənclər Təşkilatları Milli Şurasının idarə heyəti və katibliyi iştirak edib.
Modern.az-ın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində gənclərin iştirakı haqqında müzakirələr, Milli Şuranın qarşıda icrasını nəzərdə tutduğu yeni layihələr nəzərdən keçirilib. Həmçinin təşkilatın son  üç ay ərzində gördüyü işlərin hesabatı dinlənilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib, 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hal-hazırda  öz ətrafında 70 uşaq və gənclər təşkilatlarını birləşdirir.

 

 

 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar