Modern.az

İŞİD Amerikanı vurdu - 2 ölü, 1 yaralı

İŞİD Amerikanı vurdu - 2 ölü, 1 yaralı

4 May 2015, 11:15



ABŞ-ın Texas ştatındakı Qarlend şəhərində baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) qruplaşması öz üzərinə götürüb. Modern.az  xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in 2 üzvü Məhəmməd peyğəmbərin karikaturalarının təqdim olunduğu sərginin qarşısındakı avtomobil dayanacağında mühafizəçiyə doğru atəş açıblar. Mühafizəçi yaralansa da, əraziyə gələn əlavə qüvvələr hər iki terrorçunu məhv edib.

Peyğəmbərin karikaturalarının nümayiş olunduğu sərgidə iştirak edən 200 qonaq ərazidən evakuasiya olunub. Qərb mətbuatı İŞİD-in hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirir. Polis Texas ştatında geniş təhlükəsizlik tədbirləri həyata keçirir.    

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?