Modern.az

Elçin Behbudov Yasamaldan deputatlığa namizədliyini verib

Elçin Behbudov Yasamaldan deputatlığa namizədliyini verib

23 Sentyabr 2010, 18:13

17 saylı Yasamal 3-cü seçki dairəsində deputatlığa namizədliyini irəli sürən şəxslərin sayı sürətlə artır. Həm də bu dairəyə daha iddialı olan tanınmiş similar toplaşır.

Bu gün məlum olub ki, 17 saylı dairədən imza vərəqələri alanların sırasına tanınmış hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da daxil olub.
O, namizədliyini bitərəf olaraq özü irəli sürüb.

Qeyd edək ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, dinşünas alim Nəriman Qasımzadə, ADP sədrinin 1-ci müavini Həsrət Rüstəmov, Müsavatçı alim Nüşabə Sadıxov da bu dairədən imza vərəqələri alanlar sırasındadır. İndiyədək 14 nəfər bu dairədən namizədliyini irəli sürüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir