Modern.az

Jurnalistin 100 nəfərlik seçki qərərgahı yaradıldı

Jurnalistin 100 nəfərlik seçki qərərgahı yaradıldı

23 Sentyabr 2010, 18:26

"Bizim yol" qəzetinin müxbiri, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, «AXC-Müsavat» seçki blokunun Gəncə şəhəri 39 Saylı Kəpəz birinci seçki dairəsindən deputatlığa namizədi  Pərviz Həşimlinin seçki qərərgahı yaradılıb. Qərərgahdan Modern.az-a verilən məlumata görə, 100 nəfərdən ibarət seçki qərərgahında Gəncənin tanınmış ziyalıları, bir sıra QHT nümayəndələri, gənclər  və müxtəlif siyasi partiyaların təmsilçiləri təmsild olunur.  

Seçki qərərgahından verilən məlumat da bildirilir ki, P.Həşimlinin namizədliyinin müdafiəsi üçün tələb olunan imzalar artıq yığılıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir