Modern.az

Ermənistanın müdafiə naziri var-dövlətini gizlədir

Ermənistanın müdafiə naziri var-dövlətini gizlədir

5 May 2015, 12:55


Ermənistanın müdafiə nazirinin Seyran Ohanyan 2014-cü il üçün gəlir və mülkiyyət bəyannaməsi açıqlanıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, həmin sənəddə onun gəlir və mülkiyyətinin dəyərinin 17 milyon 500 min dram olduğu göstərilib. Ötən il isə onun gəliri 9 milyon 339 min dram olub. Məlumatda qeyd edilir ki, nazirin əmək haqqı 5 milyon 115 min dram, pensiyası isə 4 milyon 224 min dram olub. Ohanyan əlavə gəlirlərini açıqlamayıb.

Müdafiə nazirinin arvadının – səhiyyə nazirinin məsləhətçisi Ruzanna Xaçatryanın 2014-cü ildə gəliri ümumilikdə 1 milyon 698 min dram olub. İlk baxışda belə görünür ki, Seyran Ohanyan və arvadı var-dövlət baxımından kifayət qədər təvazökardırlar, ancaq bu, ilk baxışda belə görünə bilər. Həqiqət isə belədir ki, onların adları ilə çoxsaylı mülkiyyət çəkilir, göründüyü kimi bunların heç biri bəyannamədə öz əksini tapmayıb.

Erməni jurnalistləri haqlı olaraq belə sual verirlər: “Ohanyan niyə öz mülkiyyətini gizlədir?”. Cavab vermək çətindir. Jurnalistlər qeyd edirlər ki, Ohanyan, məsələn, Sevan gölünün ətrafındakı villasını gizlədib. Bu villanın onun adına rəsmiləşdirilmədiyini qeyd edən erməni jurnalistlərin fikrincə, təmtəraqlı binanın Ohanyana məxsus olduğuna çoxlarının qətiyyən şübhəsi yoxdur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir