Modern.az

Arda Turan siyasətdən danışdı: “Həm hökuməti, həm də müxalifəti tənqid edəcəm”

Arda Turan siyasətdən danışdı: “Həm hökuməti, həm də müxalifəti tənqid edəcəm”

Təhsil

5 May 2015, 13:02


Madridin “Atletiko” futbol klubunun və Türkiyə milli komandasının aparıcı futbolçusu Arda Turan hökumətin və müxalifətin apardığı siyasətdən danışıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarımmüdafiəçi yerli idman jurnalına müsahibəsində evlərində əsl sosializmin hökm sürdüyünü qeyd edib. Bununla bərabər, o, lazım gəldikdə həqiqət naminə həm müxalifəti, həm də hakimiyyəti tənqid edəcəyini vurğulayıb:
“Hökuməti müdafiə edəcək bir fikir deyəndə müxalifət qıcıqlanır, müxalifəti müdafiə edəcək bir fikir deyəndə isə hakimiyyət. Bu hökumət heç zaman doğru bir iş görmür ki, müxalifət hər zaman onu tənqid edir? Bu müxalifət də heç bir zaman doğru bir iş görə bilmir ki, hakimiyyət hər zaman tənqid edir? Mən isə hər zaman doğrunu söylədim. Allahdan başqa kimsəyə biət etmədim”.

Elmin NURİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat