Modern.az

İcra başçısı generalla görüşdü - FOTOLAR

İcra başçısı generalla görüşdü - FOTOLAR

Təhsil

5 May 2015, 16:04

Nərimanov Rayon İcra Hakimmiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə rayon ərazisində yaşayan veteranlarla görüş keçirilib. Görüşdə veteranları salamlayan rayon İcra Hakimmiyyətinin başçısı Abdin Fərzəliyev onları faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə təbrik edib. A.Fərzəliyev xalqımızın yüz minlərlə qəhrəman övladının qanı bahasına əldə olunan şanlı zəfər naminə, gənc nəslin nümayəndələrinin firavanlığı uğrunda bu qədər qüvvə sərf etmiş həmin insanların hamı üçün canlı tarix olduğunu bildirib və bu cəhətdən də görüşün xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıb. O, veteranlarımızın xidmətlərinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində veteranlara göstərilən dövlət qayğısı sayəsində onların yubileylərinin silsilə tədbirlərlə qeyd olunduğunu, veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildirib.

Tədbirdən sonra veteranlara rayon İcra Hakimiyyəti tərəfindən ərzaq payları verilib. Eyni zamanda, fiziki imkanları məhdud olduğundan tədbirə qatıla bilməyən veteranlar da diqqətdən kənarda qalmayıb, İcra Hakimiyyətinin nümayəndələri tərəfindən onların hər birinin evinə təbrik, hədiyyə və ərzaq payları çatdırılıb.









Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat