Modern.az

Azad Rəhimov jurnalisti qəbul edib- FOTO

Azad Rəhimov jurnalisti qəbul edib- FOTO

Təhsil

5 May 2015, 17:42

 

İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin həmsədrləri Dündar Keşaplı və  Rəşad Qurbanov gənclər və idman naziri Azad Rəhimovla görüşüblər.

Modern.az xəbər verir ki, görüş zamanı Dostluq Cəmiyyətinin yaradılmasının məqsədi, qarşıya qoyduğu vəzifələr, fəaliyyət istiqamətləri barədə nazirə məlumat verilib. Qeyd edilib ki, Dostluq Cəmiyyətinin  yaradılmasında əsas məqsəd  iki ölkə arasında turizm, mədəniyyət,  təhsil, idman sahəsində  əlaqələri gücləndirmək  və bu əlaqələrin inkişafına töhfə verməkdir.  

Eyni zamanda gələn ay keçiriləcək birinci Avropa Oyunları barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın bu idman tədbirinə çox ciddi hazırlaşdığı və böyük uğurla yarışları başa vuracağına əminlik ifadə olunub.

Nazir A.Rəhimov yeni yaradılan  İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinə xeyr-dua verib və fəaliyyətində uğurlar arzulayıb.

İdman və mədəniyyət sahəsində belə bir təşkilatın yaradılması təşəbbüsünü müsbət qiymətləndirən A.Rəhimov deyib ki, İtaliya və Azərbaycan arasında bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. İdman sahəsində əməkdaşlığın inkişafı isə daha vacibdir.

Nazir yeni təşkilata fəaliyyətində hər cür dəstək göstərməyə hazır olduğunu əlavə edib. Görüşün sonunda gənclər və idman nazirinə Dostluq Cəmiyyətinin xatirə plaketi təqdim olunub.

Xatırladaq ki, mayın 6-da Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatı olacaq.

Təşkilatın İtaliya tərəfdən sədri Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat