Modern.az

“Müsavat məhdud məsuliyyətli cəmiyyətə çevrilib” – Hafiz Hacıyev

“Müsavat məhdud məsuliyyətli cəmiyyətə çevrilib” – Hafiz Hacıyev

Təhsil

5 May 2015, 18:26


“Hazırda Müsavat deyilən bir partiya qalmayıb, əvəzində məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Orda qalanların partiyaya heç bir aidiyyəti yoxdur”.

Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, hazırda yalnız bir Müasir Müsavat Partiyası var:

“İsa Qəmbər Əbülfəz Elçibəyin dövründə etdiyi xəyanəti yenidən davam etdirdi. Nəticədə partiya dağıldı. Partiyada olan güclü insanların hamısı gördü ki, mənim 10 il bundan qabaq dediklərimin hamısı təsdiq olundu. Hamısı da ərizəsini yazıb partiyadan çıxdı. Qubad bəy bir qismini ətrafına yığıb. Hazırda partiyada qalanların müsavatçılığa aid heç bir aidiyyəti yoxdur.

Arif Hacılı bizim dövrümüzdə də rüşvətə çox meylli idi. O, bu işi çox gözəl bacarırdı. Harada  və kimdən gəldi rüşvət alırdı. Hətta Əbülfəz bəy bir dəfə dedi ki, Arif,  heç olmasa rüşvəti aşkarda al. İsa Qəmbər Arif  bəyi başqan elədi ki, onun vasitəsilə xarici dövlətlərdən, erməni diasporundan və xaricdəki müəyyən qurumlardan pul alsın. Çünki o bu sahədə çox professionaldır.

İsa Qəmbər bu gün artıq siyasi səhnədən silinib. Ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə kənarda qalıb. Onun öz əqidə yoldaşları Vurğun bəy və Adil bəy 10 il əvvəl mənim söylədiklərimi indi deyirlər. Hələ bundan da çox şeylər ortaya çıxacaq.

Hazırda Müsavatda Arif Hacılı və qardaşları, İsa Qəmbər və onun oğlu qalıb. Onlardan başqa partiyada kimsə yoxdur. Rayon təşkilatlarındakılar da hamısı istefa veriblər.  Demək olar ki, partiyada artıq heç kim qalmayıb. İstefa verənlərin hamısı hər şeyi başa düşdü. Bir vaxtlar mənə bəzi şeyləri deyənlərin hamısı peşman olub. Uzun müddət əziyyət çəkib xidmət etdikləri şəxs İran kəşfiyyatının adamı çıxdı. Hazırda Rusiya kəşfiyyatına işləyir”. 

Hafiz Hacıyev Müsavat Partiyasının tezliklə dağıla biləcəyini də istisna etməyib:

“İsa Qəmbər üçün əsas puldur. Kimə gəldi işləyəcək. Ona görə də qurultayda səsvermənin nəticələrini saxtalaşdırıb Arif Hacılını başqan qoydu ki, pul yığıb bölsünlər. Bu səbəbdən də onlar Milli Şuradan qovuldular. İndi heç kim onları öz yanlarına qoymur. İndi də ermənilərdən bir az pul alıblar ki, guya partiya kimi Azərbaycanda siyasi məhbusların olması ilə bağlı bəyanat verəcəklər. Müsavat Partiyası deyilən bir partiya qalmayıb. Onlar orada siyasi bizneslərini qurublar. Azərbaycan cəmiyyətində gərək ləyaqətli insanlar siyasətlə məşğul olsunlar”.

Sevinc Yasinqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat