Modern.az

Komissiyadan AÇIQLAMA: əfv olmayacaq

Komissiyadan AÇIQLAMA: əfv olmayacaq

Təhsil

5 May 2015, 18:30

Mərhum prezident Heydər Əliyevin ad günü ilə əlaqədar əfv sərəncamının imzalanacağı gözlənilir. Modern.az saytı Prezident yanında Əfv Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqubdan əfv sərəncamının verilib-verilməyəcəyin soruşub.

O bildirib ki, əfv sərəncamının imzalanması prezidentin səlahiyyətlərinə aiddir: “Əfv bu yaxınlarda, həftədə bir dəfə əfv etmirlər. Prezidentin öz işi, öz planı var. Yaxınlarda Əfv Komissiyasında iclas olmayıb. Yaxın vaxtlarda iclasın olub-olmayacağı barədə bir söz deyə bilmərəm. Prezident nə vaxt göstəriş verərsə, onda da bu məsələyə baxılacaq.

İstənilən vətəndaş, insan, hüquq müdafiəçisi çox söz deyə bilər. Sonuncu əfv sərəncamı mart ayında imzalanıb. İnanmıram ki, tezlikdə yenidən əfv sərəncamı imzalansın.

Zənnimcə, əfv olmayacaq”. 28 May - Respublika günü ərəfəsində əfv sərəncamının imzalanma ehtimalına gəlincə, komissiya üzvü bu barədə məlumatsız olduğunu bildirib.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Modern.az saytına əfv sərəncamının imzalanmasını böyük həyəcan və səbirsizliklə gözlədiklərini vurğulayıblar. Sərəncamın imzalanacağı günə gəlincə, bunun birbaşa prezidentin səlahiyyətində olduğunu deyiblər.

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat