Modern.az

Türkiyədə təhlükəli “quş qripi” tapıldı - Azərbaycan quş ətinə qadağa qoydu

Türkiyədə təhlükəli “quş qripi” tapıldı - Azərbaycan quş ətinə qadağa qoydu

Təhsil

5 May 2015, 21:46


Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Sialə Rüstəmova mayın 5-də sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda Türkiyə Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi” (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə bu sərəncamın verilməsi diqqətə çatdırılır.

Baş dövlət baytarlıq müfəttişi bu sərəncamla Türkiyə Respublikasının Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli “quş qripi” (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq, 2015-ci il may ayının 5-i tarixindən Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.

Eyni zamanda sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova Türkiyədə quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılıb. Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat