Modern.az

Vahid Əhmədovun deputatlığa namizədliyi qeydə alınıb

Vahid Əhmədovun deputatlığa namizədliyi qeydə alınıb

24 Sentyabr 2010, 10:47

Milli Məclisin üzvü Vahid Əhmədov növbəti parlament seçkilərində iştirak etmək üçün bir neçə gün öncə Dairə Seçki Komissiyasından götürdüyü imza vərəqələrini təhvil verib. Bu barədə deputatın özü Modern.az-a məlumat verib. Onun sözlərinə görə, DSK imza vərəqələrinin düzgünlüyünü təsdiq edib.
Bu isə o deməkdir ki, seçki kampaniyasına bitərəf olaraq qatılan V.Əhmədovun 52 saylı Quba seçki dairəsində deputatlığa namizədliyi təsdiqlənib. 

Vahid Əhmədov 2005-ci ilin parlament seçkilərində Vahid Əhmədovun namizədliyi “Yes” seçki blokundan irəli sürülmüşdü. Millət vəkili Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər