Modern.az

Hadı Rəcəbli Milli Məclisin iş prinsiplərini QHT nümayəndələrilə bölüşdü - FOTOLAR

Hadı Rəcəbli Milli Məclisin iş prinsiplərini QHT nümayəndələrilə bölüşdü - FOTOLAR

Təhsil

6 May 2015, 14:26

Milli Məclisin Sosial siyasət komitəsində “Heydər Əliyev və Azərbaycanın Gənclər siyasəti sahəsində Qanunvericiliyi” mövzusuna dair dinləmələr keçirilib.

Modern.az verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Sosial siyasət komitəsinin üzvləri və 30-dan çox Qeyri-Hökümət Təşkilatının sədr və nümayəndələri iştirak ediblər.

Milli Məclisə dəvət almış gənclər və digər qonaqlar öncə mərhum prezident  Heydər Əliyevin qanunvericilik orqanının binasında qoyulmuş heykəlinin qarşısına əklil qoyublar. İclası açan Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin gənclər siyasətinə  göstərdiyi daimi qayğı və diqqət haqda ətraflı məlumat verib.    
Sonra dövlət rəsmiləri Heydər Əliyevin gənclər siyasəti sahəsində qanunvericilik, direktiv sənədlər və icra strukturlarında, idarəetmədə gördüyü işlər barəsində hesabat xarakterli çıxışlar ediblər.

İclasda Milli Məclisin Sosial siyasət komitəsində qanunların işlənib hazırlanmasında QHT-lərin iştirakının daim təmin edilməsi təcrübəsi xüsusilə  qeyd edilib.
Sonda gənclər təşkilatlarının rəhbərləri çıxış edərək, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlara öz mənfi münasibətlərini bildiriblər. Azərbaycan gəncliyi Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində bütün qüvvələrini səfərbər edəcəklərini bir daha bildiriblər.

İclasdan sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və bir sıra QHT nümayəndələri Milli Məclisin binası, plenar iclas zalı, müşavirə otaqları, Heydər Əliyev muzeyi ilə tanış olublar. İclas iştirakçılarından bir qrupu Hadi Rəcəblinin iş otağına da baş çəkiblər. Komitə sədri  bir daha Milli Məclisin strukturu, iş prinsipləri, qanunyaradıcılığı prosesi barədə ətraflı məlumat verib. Deputat qonaqlara özünün “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” adlı dərslik vəsaiti olan kitabını hədiyyə edib.
Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə öz növbəsində, komitə sədrinə dərin təşəkkürünü bildirərək, bu səpkili tədbirlərin bundan sonra da vaxtaşırı keçirilməsini məqsədəmüvafiq olduğunu bir daha bir qeyd edib.









Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat