Modern.az

Müsavat başqanının müavininə hökm oxundu

Müsavat başqanının müavininə hökm oxundu

Təhsil

6 May 2015, 16:14


Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökmə əsasən, Fərəc Kərimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.

Fərəc Kərimov iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Onun iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır. Fərəc Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.

Yeganə OQTAYQIZI

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat