Modern.az

Müsavatçılar Müsavatın qərargahı qarşısında aksiya keçirir - FOTOLAR

Müsavatçılar Müsavatın qərargahı qarşısında aksiya keçirir - FOTOLAR

Təhsil

6 May 2015, 16:57

Müsavat Partiyasıının qərargahı qarşısında aksiya keçirilir. Virtualaz.org saytı xəbər verir ki, aksiya Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq keçirilir.

Aksiyada partiyanın Suraxanı və Nizami rayon təşkilatlarının üzvləri və sabiq müsavatçılar iştirak edir.

Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və partiyanın sabiq üzvü Əlövsət Sadıqlı çıxışlarında Müsavat Partiyasının hazırkı rəhbərliyinin yürütdüyü siyasətdən narazılıqlarını ifadə ediblər.

Narazı müsavatçılar qurultayın yenidən keçirilməsini tələb ediblər. Onlar 3 gün ərzində partiyanın bu tələblərə cavab verəcəklərini gözlədiklərini dedilər.

Qeyd edək ki, aksiya iştirakçıları aksiyanı partiyanın konfrans zalında keçirmək istəyib. Lakin partiya rəhbərliyi buna icazə verməyib.

Xatırladaq ki, indiki Müsavat Partiyasının qurucularından olan Vurğun Əyyub Arif Hacılının idarəçiliyindən narazı olduğunu bəyan edəndən sonra partiya sıralarından çıxarılıb. V.Əyyub nizam-intizamı pozmaqda, üzvlük haqqı verməməkdə ittiham olunub. V.Əyyub və tərəfdarları isə bu ittihamları qəbul etmir. Bugünkü aksiya da partiya rəhbərliyinin qərarına etiraz etmək üçün təşkil olunub.








Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat