Modern.az

Vyetnamlı məzunlar vaxtilə oxuduqları Azərbaycan Dövlət Neft Akademiyasına gəldilər

Vyetnamlı məzunlar vaxtilə oxuduqları Azərbaycan Dövlət Neft Akademiyasına gəldilər

Təhsil

6 May 2015, 18:08

Bakıda keçirilən Vyetnam-Azərbaycan dostluğu forumu çərçivəsində ölkəmizdə təhsil almış vyetnamlı məzunlar Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq olublar.
Modern.az saytı xəbər verir ki, qonaqları qarşılayan ADNA-nın rektor əvəzi, professor Vaqif Qurbanov rəhbərlik etdiyi təhsil ocağının 442 vyetnamlı məzunu, 30-dan artıq texnika elmləri namizədi və doktoru olduğu, hazırda isə 29 vyetnamlı tələbənin təhsil aldığı barədə məlumat verib. Keçmiş SSRİ-də Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu İnstitutundan sonra əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi 1961-ci ildə məhz o vaxtlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan təhsil ocağında yaradılıb və buranı 1992 vyetnamlı gənc bitirərək, təhsillərini Sovet İttifaqının, o cümlədən Azərbaycanın digər ali məktəblərində davam etdiriblər.

Beləliklə, Azərbaycan təhsil müəssisələrinin məzunları eyni zamanda ADNA-nın da yetirmələridir. Bu nailiyyətlərinə görə Vyetnam hökuməti Neft Akademiyasını 3 dəfə “Dostluq” ordeni ilə, 2010-cu ildə isə “Əmək” ordeni ilə təltif edib. V.Qurbanov vyetnamlı tələbələrin o zaman və indi də həddən artıq çalışqan, tərbiyəli və vətənpərvər olduqlarını söyləyib.

Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Rəsmi hissədən sonra qonaqlar öz müəllimləri ilə görüşüblər, aldıqları biliklərinə görə onlara öz dərin minnətdarlıqlarını bildiriblər, xatirə şəkilləri çəkdiriblər.

Hazırda ADNA-da təhsil alan vyetnamlı tələbələrlə görüşən məzunlar həmvətənlilərin təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıblar, onlara öz tövsiyələrini veriblər.

Nümayəndə heyəti ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla böyük maraqla tanış olduqdan sonra, Azərbaycanla Vyetnam arasındakı münasibətlərdən məmnunluq ifadə edən Fəxri Qonaqlar kitabında qeydlərini ediblər.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat