Modern.az

Deputat yeni seçki qərargahı yaradıb

Deputat yeni seçki qərargahı yaradıb

24 Sentyabr 2010, 13:11

Milli Məclisin 95 saylı Tərtər seçki dairəsindən deputatı Aynur Quliyeva qarşıdakı parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürüb və artıq imza vərəqələrini götürüb.
A.Quliyeva Modern.az saytına bildirib ki, bu gündən onun yeni seçki qərargahı da fəaliyyətə başlayıb. O, seçki qərargahında rayonun nüfuzlu şəxslərinin, ziyalıların, gənclərin təmsil olunduğunu deyib.
95 saylı dairədə ən azı 8 rəqiblə mübarizə aparacağını qeyd edən millət vəkili iddialı olduğunu və heç birindən qorxmadığını deyib. "Əminəm ki, 5 il əvvəlki uğurlarımı yenidən təkrarlayacağam”.

A.Quliyeva 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirib. «Qadın Konsensus Mərkəzi» İctimai Birliyinin sədridir.

1996–2000-ci illərdə «Azərbaycan Ordusu», «Xalq qəzeti», «Şans», «Ulus», «Millətin səsi», «Yeni Yüzil» qəzetlərinin, 2001–2005-ci illərdə «Yeni Müsavat» qəzetinin müxbiri işləyib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?