“Avropa Oyunlarının açılış və bağlanış günlərində yalnız bileti olan şəxslər metrodan ödənişsiz istifadə edə biləcəklər”.
Bu haqda Modern.az saytına Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, rəsmi akkreditasiyadan keçən şəxslər də metrodan pulsuz istifadə edə biləcəklər: “Rəsmi akkreditasiya olunanlar oyunlar başlayandan bitənədək bütün günlərdə metrodan ödəniş etmədən istifadə edəcəklər”.
1-ci Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
Gülşən RAUFQIZI