Modern.az

Vurğun Əyyub: «Elman Fəttah kimi uşaqlar ağzına gələni danışır»

Vurğun Əyyub: «Elman Fəttah kimi uşaqlar ağzına gələni danışır»

Təhsil

7 May 2015, 13:32

“Elman Fəttah kimi uşaq-muşaqlar ağzına gələni danışır. Bu səbəbdən hər kəsin haqqımda söylədiyi fikirlərə münasibət bildirmək istəmirəm”.

Bunu Modern.az saytına Müsavat Partiyasının üzvlüyündən xaric olunan Vurğun Əyyub deyib. Onun fikrincə, bu cür ittihamlarla irəli getmək olmaz:

“Müsavat Partiyasında demokratik ənənələrə sadiq, ləyaqətli xeyli  insan var. Onların bir qismi də partiyada baş verənlərə qarşı etirazlarını bildirib. Partiyanın qarşısında keçirilən aksiyanı normal qarşılayıram. Məni dəstəkləyən, müdafiə edən insanlara təşəkkürümü bildirirəm”.

Vurğun Əyyub əlavə edib ki, onda olan məlumatlara görə, özəyin onu üzvlükdən çıxartması zamanı nizamnamə qaydalarına əməl olunmayıb:

“İclas günü xəstə olduğum üçün özəyin rəhbərinə mesaj yazaraq bunu bildirmişəm Xəstə olmağımı belə nəzərə almadan, guya məni özəyin dəvətinə sayqısızlıq göstərdiyimə görə partiyadan xaric ediblər. Bu da heç bir nizamnamə qaydalarına və insanlığa yaraşmayan bir hərəkətdir”.

Partiyaya üzvlük haqqının ödəməməsi məsələsinə gəlincə, Vurğun Əyyub qeyd edib ki, bu günə kimi heç kim ondan üzvlük haqqı istəməyib:

“Mənim partiyanın illər boyu təşkilatlanması və inkişafı üçün xərclədiyim şəxsi vəsaitləri heç ömür boyu üzvlük haqqı verə bilməzlər”.

Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıqlı Modern.az-a bildirib ki, partiyanın qərargahı qarşısında keçirilən aksiya müsavatçılığa yaraşmayan bir hərəkət idi:

“Aksiyanın keçirilməsinə görə üzülürəm. Çünki fərqli ideoloji müstəvidə olan siyasi partiyalar bir-birin qarşısında piket keçirib öz etirazını bu cür bildirir. Dünən aksiyanın keçirilməsi bir daha göstərdi ki, orda olan insanlar bizdən deyil. Amma Vurğun Əyyubun agent olması haqda əlimdə heç bir informasiya yoxdur. Bu məsələni təsdiq edə bilmərəm. Əgər bu işlərə Vurğun bəy rəvac verirsə, bu işlərin başında o durursa, buna çox üzülürəm. Bir insan partiyanın tədbirlərində iştirak eləmirsə, özəyin verdiyi tapşırıqları yerinə yetirmirsə, özünü müsavatçı, partiyanın strukturlarını legitim hesab eləmirsə, partiyadan çıxarıla bilər. Vurğun bəyin üzvlükdən çıxarılması özəyin verdiyi qərardır. Onların buna haqqı var”.

Nüşabə Sadıqlının fikrincə, Arif Hacılı səs çoxluğu ilə seçilən başqandır:

“Müsavat heç vaxt təzyiqlərlə idarə olunan bir siyasi partiya olmayıb. 5-10 nəfərin istəyi ilə Müsavat idarə oluna bilməz. Müsavatçıların böyük əksəriyyəti Arif bəyi seçiliblər, onu dəstəkləyirlər və onun arxasındadırlar”.

 

Sevinc Yasinqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat