Modern.az

Ermənistanın acınacaqlı statistikası - əmək qabiliyyətli əhali 190 min azalıb

Ermənistanın acınacaqlı statistikası - əmək qabiliyyətli əhali 190 min azalıb

Təhsil

7 May 2015, 13:34



Ermənistan Statistika Xidməti 2014-cü il üçün ölkədə əmək qabiliyyətli əhalinin sayını açıqlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2014-cü il ərzində ölkədə yaşı 15-75 arasında olan əmək qabiliyyətli əhali 190 min 700 nəfər azalıb. Belə ki, 2014-cü ilin əvvəlində rəsmi statistika bu rəqəmin 2 milyon 326 min 200 nəfər olduğunu bildirirdisə, 2014-cü ilin yekunları ilə bağlı açıqlanan son rəqəmlər 15-75 yaş arasında bütün əmək qabiliyyətli əhalinin 2 milyon 135 min 500 nəfər qədər azaldığını göstərib. Bu isə 3 milyonluq Ermənistanın 1 il ərzində 190 min 700 nəfər aktiv vətəndaşını itirməsi anlamına gəlir. 

Digər tərəfdən, 2014-cü ilin yanvarında Ermənistanda bütün sahələrdə 1 milyon 175 min 800 nəfərin işlədiyi statistikada öz əksini tapsa da, 2014-cü ilin yekunlarına görə məşğulluq göstəricici 1 milyon 111 min 700 nəfər təşkil edib. Beləliklə, 1 il ərzində ölkədə işsizlər ordusuna daha 64 min 100 nəfər əlavə olunub.

Ermənistandakı acınacaqlı sosial-iqtisadi durumla bağlı vəziyyət rəsmi statistikada belə gizlədilə bilmir.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat