Modern.az

Azərbaycanın Dövlət müşaviri xarici QHT rəhbərləri ilə görüşdü

 Azərbaycanın Dövlət müşaviri xarici QHT rəhbərləri ilə görüşdü

Təhsil

7 May 2015, 16:16


Mayın 7-də Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xarici ölkə QHT rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Kamal Abdullayev qonaqlara Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, xarici QHT rəhbərlərini Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa dəvət edib.
Xarici QHT rəhbərləri mayın 3-dən Azərbaycanda olmaları və bu müddət ərzində iştirak etdikləri toplantılarda Azərbaycanı daha yaxından tanıdıqlarını, burada yaşayan çoxsaylı etnik və milli qrupların birgə yaşayışlarına heyran olduqlarını bildiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəktirilib.

Xatırladaq ki, görüşə qatılanlar 19 xarici ölkənin 30-dək QHT rəhbəri “Mədəni irsi qoruyaq-sülhlə gələcəyi təmin edək” devizi altında “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısının iştirakçılarıdır. 

Kampaniyanın Azərbaycanda təşkilatçısı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat