Modern.az

Şuşanın işğal günü Ermənistanın baş naziri Azərbaycana gələcək

Şuşanın işğal günü Ermənistanın baş naziri Azərbaycana gələcək

Təhsil

7 May 2015, 17:02

Dağlıq Qarabağdakı qondarma rejim “Şuşanın işğal günü”  ilə bağlı hərbi parad və atəşfəşanlıq keçirəcək. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, mayın 8-9-u tarixlərində ermənilər Böyük Vətən Müharibəsindəki qələbəni, Şuşanın işğalını və separatçı “Dağlıq Qarbağ Ordu”sunun yaranmasının 23 illiyini eyni vaxtda qeyd edəcək. 

Mayın 8-i səhər saatlarında Qarabağdakı qondarma rejim üzvləri və Ermənistandan gələn “qonaqlar” birlikdə Şuşanın girişindəki tank abidəsinə (Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məhv etdiyi erməni tankı) gül qoyacaqlar. 

Bundan sonra, Şuşa stadionunda “bayram konserti” keçiriləcək və sərgilər təşkil olunacaq. Mayın 8-i axşam Xankəndində separatçıların lideri Bako Saakyan öz iqamətgahında Şuşanın işğal edən hərbçilərə mükafatlar təqdim edəcək.

Mayın 9-u səhər saatlarında Xankəndinin mərkəzində hərbiçirlə dolu hərbi maşın karvanının keçidi baş tutacaq.

Günün ikinci yarısnda Xankəndinin “Dirşəliş” meydanında qondarma “Qarabağ Ordu”sunun nümunəvi çıxışları keçiriləcək, digər qoşun növləri isə öz hərbi texnikasının və silahlarının nümayiş etdirəcək.

Günü sonuna yaxın bir neçə yüz gənc Şuşaya separatçlıların 1992-ci ilin mayında təşkil etdiyi hücumun marşrutu üzrə şəhərə qalxacaqlar.

Axşam saatlarında isə Şuşada və Xankəndində atəşfəşanlıq keçiriləcək, kilsələrdə bayram ayinləri icra olunacaq.

Tədbirlərdə iştriak etmək üçün Ermənistanın baş naziri Ovik Abramyan da işğal olunmuş Azərbaycan torpaqlarına səfər edəcək.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin paytaxtı sayılan Şuşa 1992-ci il mayın 8-də erməni hərbi birləşməli tərəfindən işğal olunub. Sabah həmin işğalın 23-cü ili tamamlanacaq.

Modern.az       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat