Modern.az

Avropa Məhkəməsi Emin Hüseynovla bağlı qərar çıxarıb

Avropa Məhkəməsi Emin Hüseynovla bağlı qərar çıxarıb

Təhsil

7 May 2015, 17:51

Avropa Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Huseynovla bağlı qərarını açıqlayıb. Modern.az bildirir ki, bu barədə Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağaliyev məlumat verib. Məhkəmə Emin Hüseynovun hüquqlarının pozuntusunu (Maddə 3 - işgəncələrin yasaqlanması, Maddə 5.1 - azadlıq və toxunulmazlıq hüququ, Maddə 11 - birləşmək azadlığı) tanıyıb.
Azərbaycan hökuməti Emin Hüseynova ümumilikdə 20 min avro təzminat ödəməlidir...

Emin Hüseynovla bağlı şikayət 2008-ci il iyununda Bakıda kafelərdən birində Çe Gevaranın 80 illiyilə bağlı tədbir zamanı 30-a yaxın polis əməkdaşının kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığından edilmişdi. Olay zamanı iştirakçılara, o cümlədən tədbirə jurnalist kimi qatılan Emin Hüseynova qarşı zor tətbiq edilmiş, ardınca Nəsimi rayonu 22-ci polis bölməsinə aparılmışdı. Bölmədə onun durumu kəskinləşmiş, xəstəxanaya yerləşdirilmişdi. Kəllə-beyin travması alan Emin Hüseynov dörd gün reanimasiya şöbəsində saxlanılmışdı.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Emin Hüseynovun hazırda İsveçrənin Bakıdakı səfirliyində gizləndiyi bildirilir.

E.Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat