Milli Məclisin may ayının 8-nə nəzərdə tutulan plenar iclası təxirə salınıb. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
Parlament rəsmisi deyib ki, növbəti plenar iclas mayın 15-də keçiriləcək. Akif Təvəkküloğlu plenar iclasın təxirə salınmasının səbəbləri barədə də danışıb:“Milli Məclisin deputatlarının bir hissəsi ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilə təbdilərdə iştirak edəcəklər. Həm də ola bilsin ki, gündəliyə yeni məsələ daxil olsun”,-deyə o bildirib.
Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ daxil edilmişdi: "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi gündəliyə salınmışdı.
Aqşin Kərimov