Modern.az

Umud Rəhimoğlu BMT-də Barak Obamanın çıxışını müşahidə edib

Umud Rəhimoğlu BMT-də Barak Obamanın çıxışını müşahidə edib

24 Sentyabr 2010, 16:35

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş tədbirlər davam edir. Bu tədbirlərdə iştirak edən yeganə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri  Umud Rəhimoğlu BMT Baş Assambleyasının 65-cı sessiyasına 140-dan çox ölkə rəhbərinin qatıldığını bildirib:
“Dünən ABŞ prezidenti Barak Obama ikinci dəfə çıxış etdi. Çıxışçılar arasında ölkə prezidenti cənab İlham Əliyev də vardı. Onun son dərəcə əhatəli çıxışı Qarabağ mücadiləsində Azərbaycanın haqq işinə həsr olunmuşdu. Bu, Azərbaycan xalqının iradəsinin ifadəsi idi. Cənab prezidentin qətiyyətli çıxışında bizim haqq işimiz bütün açıqlığı, sərtliyi ilə göründü. O, Azərbaycan həqiqətlərini BMT-nin yüksək səviyyəli toplantı iştirakçılarının bir daha diqqətinə çatdırdı”.

U.Rəhimoğlu İ.Əliyevin ABŞ prezidenti Barak Obama ilə görüşünün yüksək səviyyəli toplantı iştirakçılarının, o cümlədən siyasi ekspertlərin, jurnalistlərin  diqqət mərkəzində olduğunu da dedi: “Cənab prezidentin çıxışı digər iştirakçılar tərəfindən də çox diqqətlə dinlənildi. Mən İlham Əliyevin yüksək səviyyəli, ətraflı və məzmunlu, Azərbaycan problemlərini tam əks etdirən çıxışından qürur duydum!”

Qeyd edək ki, BMT-nin Baş Qərargahında keçirilən yüksək səviyyəli toplantıda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri də iştirak edir. Sammit 2015-ci ildə Minilliyin İnkişaf Məqsədinə nail olmaq üçün bütün inkişaf addımlarını gücləndirməyi və birləşdirməyi nəzərdə tutur. BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə sıx əlaqədə olan qeyri-hökumət təşkilatlarından biri kimi zirvə toplantısında BAMF sədri ilə yanaşı qurumun departament rəhbəri İfeanyichukvu Nvolisa da iştirak edir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir