Modern.az

Yerevandakı səfirdən Ermənistanı məyus edən AÇIQLAMA

Yerevandakı səfirdən Ermənistanı məyus edən AÇIQLAMA

Təhsil

8 May 2015, 16:35


“Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında müharibə bərpa olunmayacaq”. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə Polşanın Yerevandakı səfiri Jerzi Novakovski belə bəyanatla çıxış edib.

Səfir Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutaraq deyib ki, Avropa Birliyi üçün sülh yolu ilə həll variantı prioritetdir. Onun sözlərinə görə Polşa ATƏT-in Minsk qrupunun fəaliyyətinə köməklik edir.

“Polşa üçün də münaqişənin sülh yolu ilə tənzimlənməsi yeganə münasib variantdır. Ümid edirik ki, müharibənin bərpası ehtimalı yoxdur. Çünki müharibə olduqca faciəli hadisələrə səbəb olur və gənclər ölür”,-deyə o qeyd edib.  

Jerzi Novakovski 3 mayda  Dağlıq Qarabağdakı separatçı rejimdə keçirilən qondarma parlament seçkisi barədə sualı da cavablandırıb. Səfir vurğulayıb ki, Polşanın bu məsələdə Avropa Birliyinin mövqeyini tam olaraq dəstəkləyir.  

Qeyd edək ki, Avropa Birliyi Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “parlament seçkiləri”nin nəticələrini tanımayacağını bəyan etmişdi.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?