Rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest film festivalında “Ən yaxşı tammetrajlı debüt film ” mükafatına layiq görülüb.
Modern.az xəbər verir ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çəkilən film 30 aprel-7 may tarixlərində keçirilən festivalda diqqət mərkəzində olub.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, Otar Pertaxiadır. Baş rolları isə Namiq Ağayev və Mehriban Zəki ifa edirlər.
Elmin NURİ