Modern.az

Putindən Azərbaycandakı TV rəhbəri ilə bağlı FƏRMAN

Putindən Azərbaycandakı TV rəhbəri ilə bağlı FƏRMAN

Təhsil

8 May 2015, 17:15


Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. 

Modern.az xəbər verir ki, fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib. V. Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə” layiq görülüb.

V. Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “ Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” filmlərinin rejissorudur.

Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

Qeyd edək ki, Vaqif Mustafayev "Space" teleradio şirkətinin prezidentidir. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?