Modern.az

Müdafiə Nazirliyi hərbi keçidlərin hansı şəhərlərdə olacağını AÇIQLADI

Müdafiə Nazirliyi hərbi keçidlərin hansı şəhərlərdə olacağını AÇIQLADI

Təhsil

8 May 2015, 21:06


Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.

Modern.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
- Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?