Milli Məclisin deputatı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı mayın 8-də iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları geniral-mayoru Həzi Aslanovun ev muzeyində gənclərlə görüşüb.
Modern.az xəbər verir ki, millət vəkili Böyük Vətən müharibəsində azərbaycanlıların, o cümlədən lənkəranlıların faşizim üzərində qələbənin əldə olunmasında göstərdikləri şücaətlərdən danışıb, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları geniral-mayoru Həzi Aslanovun xidmətlərini xüsusi vurğulayıb. O, bildirib ki, Böyük Vətən müharibəsində döyüşmüş 11 min lənkəranlı əsgər və zabitindən yarısı həlak olub, hazırda isə fədakar insanlardan 12 nəfər veteran sağdır.
“Lənkəranlılar Qarabağ döyüşlərində də xüsusi qəhrəmanlıq və şücaət nümunəsi göstəriblər. Müharibədə 151 həmyerlimiz həlak olub,140 əsgər və zabitimiz isə yaralanıb. Bu gün də təmas xəttində keşikdə duran igid oğlanlarımız həlak olur və yaralanırlar”, - Hadı Rəcəbli bildirib.
Hadi Rəcəbli həmçinin ölkəmizdə və Lənkəranda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən danışıb. O, görüş iştirakçılarına dövlətin gənclər siyasətinin istiqamətləri, sosial sahədə görülən işlər barədə məlumat verib, belə tədbirlərin gənclərin hərbi vətənpərvəlik, azərbaycancılıq ruhunda tərbiyyə olunmasında əhəmiyyətini xüsusi qeyd edib. Söhbətdə o da vurgulanıb ki, ölkədə aparılan geniş miqyaslı gənclər siyasətinin zirvəsi Bakıda I Avropa oyunlarının kecirilməsidir. Bu ölkəmizə, Prezidentimiz İlham Əliyev cənablarına dünyada olan inam və etimadın nümunəsidir.
Hadı Rəcəbli 42 il bundan öncə elə bu tarixdə burada cəkilən bir şəkli və öz kitablarını muzeyə hədiyyə edib.
Sonda görüş iştirakçıları millət vəkili ilə xatirə şəkilləri çəkdirib.