Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

9 May 2015, 13:03


Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə  mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?