Modern.az

Putin “Qırmızı meydan”dakı çıxışı zamanı Azərbaycanın adını çəkdi – FOTO

Putin “Qırmızı meydan”dakı çıxışı zamanı Azərbaycanın adını çəkdi – FOTO

Təhsil

9 May 2015, 13:43

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə “Qırmızı meydan”da keçirilən hərbi parad zamanı çıxış edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kreml başçısı çıxışı zamanı faşizmin dünyaya gətirdiyi bəlalardan və  SSRİ-nin Hitler Almaniyası üzərindəki qələbəsindən danışıb. “Hitler Almaniyası dünya birliyi üçün böyük bir dərs oldu”,-deyə Rusiya rəhbəri qeyd edib. O,  Rusiya dövlətinin təhlükəsizlik sisteminin hazırlanması barədə də söz açıb. 

Vladimir Putin deyib ki, Rusiyanın ümumi vəzifəsi digər dövlətlər üçün də bərabər təhlükəsizlik sisteminin qurulmasına xidmət etməlidir.

Rusiya lideri bildirib ki, onlar  beynəlxalq aləmdə birqütblü dünya yaratmaq cəhdlərini görüblər. Vladimir Putin çıxış edərkən Azərbaycanın da qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçirilən tədbirlərdə iştirak etdiyi xatırladıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da paradda iştirak ediblər. Məlumat üçün bildirək ki, hərbi paradda mayor Mehdi Mahmudovun  rəhbərliyi ilə 70 Azərbaycan hərbçisi də “Qırmızı meydan”dan keçib.

Prezident İlham Əliyev isə keçid zamanı Azərbaycan hərbçilərinə əl eləyərək onları salamlayıb.


 

 


Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?