Modern.az

Yəməndə atəşkəs – RƏSMİ

Yəməndə atəşkəs – RƏSMİ

Təhsil

9 May 2015, 14:46

ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr, Yəməndə 12 May çərşənbə axşamı günündən etibarən  5 günlük atəşkəs elan edildiyini açıqlayıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdəki ABŞ səfirliyində ABŞ və Səudiyyə Ərəbistanının xarici siyasət idarələrinin rəhbərləri görüş sonrası birgə mətbuat konfransında bu barədə danışıblar.

Konfransda danışan Kerri bildirib:

"Yəməndə 12 May çərşənbə axşamı saat 23.00-dan etibarən 5 günlük müvəqqəti atəşkəs elan edildi. Atəşkəs sülh mənasını vermir. Hər halda Yəməndə tərəflər siyasi həll tapa bilmək üçün müzakirə masasına geri dönəcəklər".

Con Kerri, Yəmən xalqının ehtiyaclarının qarşılanması və sülh  istiqamətində həll tapılması üçün Ensarullah Fəaliyyətinə (Husilər) və onlara dəstək verənlərə atəşkəs fürsətini qaçırmamaları istiqamətində xəbərdarlıq etdi.

Əl-Cubeyr isə insani məqsədli atəşkəsin bölgədəki şərtlərə bağlı olaraq 5 gündən sonra uzadıla biləcəyini qeyd etdi.

Yəməndə Husilərə qarşı təşkil edilən əməliyyatlara 5 gün müddətlə ara verilə biləcəyini açıqladı.

Yeganə Oqtayqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?