Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən Müharibəsindəki qələbənin 70 illik yubileyi ilə bağlı bu gün Moskvada keçirilən təntənəli paradda iştirak ediblər.
Qeyd edək ki, Qələbə paradında Azərbaycan hərbçiləri də iştirak edib. Azərbaycanın 70 hərbi qulluqçusu mayor Mehdi Mahmudovun komandanlığı altında “Qırmızı meydan”dan təntənəli keçidlə keçiblər.
Modern.az Azərbaycan hərbçilərinin qələbə paradındakı keçidini əks etdirən videonu təqdim edir: