Modern.az

Hüsnü Mübarək və oğlanlarına həbs CƏZASI

Hüsnü Mübarək və oğlanlarına həbs CƏZASI

Təhsil

9 May 2015, 17:38


Misirin keçmiş prezidenti Hüsnü Mübarək və oğulları həbs cəzasına məhkum edilib.

Modern.az saytı xaricə KİV-ə istinadən xəbər verir ki, Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkə 3 və iki oğluna 4 il həbs cəzası verib.

Mübarək və iki oğlu onlara qarşı irəli sürülən korrupsiya ittihamı  ilə bağlı aparılan istintaqda yenidən mühakimə edilirdi. Mübarək ictimai fondlarını prezident sarayını yeniləmə və ailə büdcəsinə köçürmədə ittiham edilib.

Mühakimə nəticəsində Hüsnü Mübarək 3 il, iki oğlu isə 4 il həbs cəzasına məhkum edilib.

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?