Modern.az

İlham Əliyev və xanımı Moskvadakı paradda - FOTOLAR

İlham Əliyev və xanımı Moskvadakı paradda - FOTOLAR

Təhsil

9 May 2015, 22:25

 

Mayın 9-da Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.

Rusiya Federasiyasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı. Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başladı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov paradı qəbul etdilər.

Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80 faizinin cəlb olunduğu İkinci Dünya Müharibəsində qazanılan qələbədə keçmiş sovet xalqlarının, həmçinin antihitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi.

Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt unudulmayacaq bu tarix müasir dövr üçün də bir örnəkdir.

Daha sonra paradda hərbçilərin təntənəli keçidi başladı. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri gedirdi.

Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi.

Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. 


Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?