Modern.az

Füzulidə gül bayramı keçirildi - FOTOLAR

Füzulidə gül bayramı keçirildi - FOTOLAR

9 May 2015, 19:00

Horadiz şəhərində Heydər Parkında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 3000 nəfərin iştirak etdiyi təbirdə öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Heydər Parkında təşkil olunmuş gül kompozisiyaları, kitab sərgisi və əl işləri ilə tanış olublar.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Alı Alıyev bildirib ki, Heydər Əliyevin doğum gününün Füzulidə keçirilməsi artıq bir ənənəyə çevrilib.

”Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən bu gün hər bir füzulilinin qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır”,- Alı Alıyev deyib.

”Füzulili məcburi köçkünlər də ölkə başçısı İlham Əliyevi əmin etmək istəyir ki, müstəqil Azərbaycanın əbədi və dönməzliyi yolunda ulu öndərin vəsiyyətlərinin yerinə yetirilməsinə bütün xalqımız kimi füzulilər də yorulmadan, var qüvvələri ilə çalışacaq, Heydər Əliyevin ölməz əməllərini nəsildən-nəsilə keçirəcəklər”-deyə icra başçısı vurğulayıb.

Heydər Əliyevin anadan olmasının 92-ci ili ərəfəsində Füzuli rayonu ərazisində iməciliklər keçirilib, çoxlu sayda ağac əkilib, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

















Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat