Modern.az

Prezident İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Təhsil

10 May 2015, 10:25


Azərbaycan prezidenti İlham Əliyev,  xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. 

Ziyarətdə mərhum prezidentin doğmaları, yaxınları da iştirak ediblər.

Prezident İlham Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?