Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu il ali məktəbələrə qəbul zamanı tətbiq olunacaq daha bir yenilik barədə məlumat verib. Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında M.Abbaszadə bu il I ixtisas qrupunda müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balın 200 deyil, 250, bu qrupda bəzi ixtisaslar üzrə isə 300 olacağını qeyd edib.
M.Abbaszadə bildirib ki, bununla əlaqədar TQDK yaxın günlərdə daha detallı məlumat verəcək.