Modern.az

Mehriban Əliyeva və qızları köçkünlər üçün binanın açılışında olublar

Mehriban Əliyeva və qızları köçkünlər üçün binanın açılışında olublar

Təhsil

10 May 2015, 16:03



Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.
Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.

Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış olublar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibəti ilə ailənin üzvlərini təbrik edib.

Məcburi köçkün Niyazi Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib/

Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.








Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?