Modern.az

Birinci Avropa oyunlarının məşəli Ağcabədidə - FOTOLAR

Birinci Avropa oyunlarının məşəli Ağcabədidə - FOTOLAR

Təhsil

10 May 2015, 19:01

Mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirilib.

Ağcabədililərin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyov və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılandı. Sonuncu yürüşçü -rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim edib.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə bölgəsində yerləşən Ağdam rayonuna yola salınıb.














Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?