Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəmənin qərarından kassasiya şikayətinə baxılacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə 22 il azadlıqdan məhrumetmə cəzası almış Şahbaz Quliyevin “vəkili” Arkadiy İsraelyan məlumat verib. Onun sözlərinə görə, məhkəmə iclası mayın 27-nə nəzərdə tutulub. Kassasiya şikayətinə Dağlıq Qarabağdakı separatçı rejimin qurduğu “Ali məhkəmə”də baxılacaq.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilinin iyununda Kəlbəcərdə dəd-baba torpağını ziyarət edərkən girov götürülüblər. Ermənilər Dilqəmə ömürlük, Şahbaza 22 il həbs cəzası kəsiblər.
Modern.az