Modern.az

Həbsxanada üsyan başladı: 62 nəfər öldü

Həbsxanada üsyan başladı: 62 nəfər öldü

11 May 2015, 10:30


İraq həbsxanalarından birində baş verən üsyan zamanı 62 nəfər həyatını itirib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, atışma paytaxt Bağdaddan 50 km aralıda yerləşən Xalis həbsxanasında qeydə alınıb. Belə ki, məhkumların silah anbarına daxil olması ilə başlayan qarşıdurmada 50 məhkum və 12 polis ölüb.

Aralarında terrorçuların da olduğu 40 məhkum həbsxanadan qaçıb. Bağdadda isə şiə hacılara təşkil edilən hücumda 7 nəfər ölüb.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat