Modern.az

12 iyun qeyri-iş günü elan edilə bilər

12 iyun qeyri-iş günü elan edilə bilər

Təhsil

11 May 2015, 11:40

Milli Məclisə layihə təqdim olunub

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub. 

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.(APA)

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?